Azərbaycan Pakistana başsağlığı verdi – FOTO 

Azərbaycan Pakistana başsağlığı verdi – FOTO 

Hazırda oxunan: Azərbaycan Pakistana başsağlığı verdi – FOTO 

40496

Azərbaycan Xarici İşlər Nazirliyi baş verən zəlzələ ilə bağlı Pakistana başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin “Twitter” hesabında paylaşım edilib: 
 

“Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi. Fəlakət qurbanlarının ailələrinə başsağlığı verir, yaralıların hamısına tezliklə şəfa diləyirik. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün qardaş Pakistanın yanındayıq”. 


Qeyd edək ki, Pakistanın cənubundakı Bəlucistan əyalətində baş verən zəlzələ zamanı həlak olanların sayı 20 nəfərə çatıb. Təbii fəlakət zamanı 300-dən çox insanın xəsarət aldığı bildirilib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO