Saxta xaç “ustası” Serjik Sarksiyan - “O, Bakı ləhcəsində çox əla danışır” - Faktlar

Saxta xaç “ustası” Serjik Sarksiyan - “O, Bakı ləhcəsində çox əla danışır” - Faktlar

Hazırda oxunan: Saxta xaç “ustası” Serjik Sarksiyan - “O, Bakı ləhcəsində çox əla danışır” - Faktlar

40265

“Serjik dəmir parçasından necə saxta antik xaçkarlar düzəltməsi haqqında danışırdı. O, bunun məktəbini keçmişdi”. 

Bu fikirləri Bizim.Media-ya vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Vilayət komsomol komitəsində şöbə müdiri işləyərkən Serjik Sarkisyana rəhbərlik etmiş, hazırda Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri olan Zahid Abbasov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabiq prezidentlər niyə Paşinyana “yox” dedilər? – SƏBƏB


O, bildirib ki, Sarkisyanın ştat cədvəlində və ümumiyyətlə bütün sənədlərdə adı Serjik kimi qeyd olunub. 

“Biz hər zaman onu “Serjik” deyə çağırmışıq. Çünki onun əsl adı Serjikdir. Serjikin atasının adı Azad idi. Azad da Azərbaycan adı olduğu üçün o, həmişə atasının adına düzəliş edib, Azat yazdırırdı. Mən ona deyirdim ki, sənin atan azərbaycanlıdır”.

Zahid müəllim qeyd edib ki, Sarkisyan xasiyyətcə özü çox hiyləgər və satqın adam idi. 

“Serjik Xankəndində erməni məktəbini bitirib, İrəvanda universitetin tarix fakultəsində təhsil almışdı. Serjik hər zaman bizə deyirdi ki, İrəvanda tarix fakultəsində bizə bilirsiz ən əsas nəyi öyrədirdilər, saxta tarix uydurmağı. Ağız dolusu danışırdı ki, “Adi bir dəmir parçasını götürüb 1 həftə müddətində “Qızıl əhmədi” almasının suyunda saxlayıb, ondan sonra o dəmirin üzərində qədim əlifba ilə cızma-qara edib, torpağa basdırırdıq. 40 gündən sonra isə o dəmir parçası qədim, antik görünüş alırdı.

Bundan sonra onun saxta olduğunu heç bir elm sübut edə bilməzdi”. Mən də hər zaman ona deyirdim ki, 5 il boyunca universitetdə saxta tarix öyrənməyə vaxt sərf etmisən. Yəni onun belə kələkbazlığı var idi, bunun məktəbini keçmişdi. 


Sonda Zahid Abbasov onu da vurğulayıb ki, Serjik Azərbaycan dilində əsasən də Bakı ləhcəsində çox səlis danışır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO