Gürcüstan sərhədində erməni YÜK MAŞINLARI – Saxlanma SƏBƏBİ məlum oldu

Gürcüstan sərhədində erməni YÜK MAŞINLARI – Saxlanma SƏBƏBİ məlum oldu

Hazırda oxunan: Gürcüstan sərhədində erməni YÜK MAŞINLARI – Saxlanma SƏBƏBİ məlum oldu

40246

Ermənistana məxsus 200-dən çox yük avtomobili 10 gündən çoxdur ki, Rusiya-Gürcüstan sərhədində dayandırılıb. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, maşınların saxlanılması məhz onların Ermənistana məxsus olmasıdır.

Çünki, Azərbaycana, Türkiyəyə, Rusiyaya və Gürcüstana məxsus bütün avtomobillər gömrük-sərhəd məntəqəsində keçidlərini asanlıqla icra edirlər.

Rəsmi olaraq bu duruma heç bir açıqlama verilmir və versiyalar müxtəlifdir.

Əslində buna səbəb nədir?

Bizim.Media
məsələni millət vəkili Razi Nurullayev ilə müzakirə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Sərhəddə TIR-ların sayı artır - Rusiyanın Azərbaycandan TƏLƏBİ NƏDİR?


Deputatın fikrinə gəlincə isə...

“Bu birinci növbədə Ermənistanın blokada şəklində yaşamağa davam etməsini göstərir. Ermənistanın xarici dünyaya çıxmaq üçün marşrutları və nəqliyyat dəhlizləri çox azdır, olanlar isə bu cür problemlidir. Gürcüstanın da bu addımı atmaq üçün özünün milli maraqları, hesablamaları var. Bundan başqa bir çox məsələlər Ermənistanın necə bir siyasət yürütməsi ilə də bağlıdır.Həm də Ermənilər çox bildirməsələr də onların Gürcüstana da qarşı ərazi iddiaları var”.

Deputat həmçinin Gürcüstanın Rusiya ilə münasibətlərinin gərgin olmasına da diqqət çəkib və bildirib ki, Ermənistanın da Türkiyə və Azərbaycanla komunikasiya xətlərinin açılmadığını nəzərə alsaq  bu vəziyyəti daha da gərginləşdirir.  

“Ermənistanın İranla olan sərhəd xəttini isə tam olaraq istifadə etmək mümkün olmur. Ermənistan özü başa düşməlidir ki, bu cür blokadada qalmaq onu bir dövlət kimi məhv edir və eyni zamanda qonşu dövlətlərin zəhləsini tökür. Bununla həm də o iqtisadi asılılıqdan qurtula bilmir. Ona görə də Ermənista özü Türkiyə və Azərbaycanla komunikasiyalarının açılmasında maraqlı olmalıdır. Çünki Azərbaycan burada uduzmur, regionda bu vəziyyətdə ancaq Ermənistan itirir”.

Deputatın fikrincə, yük avtomobillərinin sərhəddən buraxılmamasına digər səbəb isə, orada daşınan yüklərdən asılı ola bilər.

“Burada başqa bir səbəb isə daşınan yüklərin təyinatı ola bilər. Çünki elə mallar var ki, bu Gürcüstandan da ixrac olunur, öz bazarını niyə məhdudlaşdırmalıdır ki? Burada saxta sənədləşdirilmədən, yüklərin yanlış adlarla göndərilməsindən də söhbət gedə bilər, çünki ermənilərin bu cür addımları dəfələrlə ifşa olunub. Gürcü brendlərindən istifadə edərək özlərinin keyfiyyətsiz mallarını sırımağa çalışıblar. Dönüşdə isə erməni maşınlarında əksər avxt qadağan olunmuş yüklər, bəlkə də silah, sursat və ya Azərbaycan Gürcüstan əlaqələrinə zərər verəcək yüklər də ola bilər. Gürcüstan regionda Azərbaycanla olan münasibətlərini heç vaxt korlamaq istəməz”.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstan Rusiyadan Ermənistana göndərilən güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb. Səbəb isə daşınan hərbi yük göstərilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO