Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri nələri müzakirə ediblər? - DETALLAR - FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri nələri müzakirə ediblər? - DETALLAR - FOTO

Hazırda oxunan: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri nələri müzakirə ediblər? - DETALLAR - FOTO

40229

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 
 

Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. 


Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb. 

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar. 

Sonda danışıqların yekununa dair protokol imzalanıb. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO