“İran Rusiya ilə münasibətlərimizi korlamağa çalışır” - Bəs Lavrov kimə İŞLƏYİR?

“İran Rusiya ilə münasibətlərimizi korlamağa çalışır” - Bəs Lavrov kimə İŞLƏYİR?

Hazırda oxunan: “İran Rusiya ilə münasibətlərimizi korlamağa çalışır” - Bəs Lavrov kimə İŞLƏYİR?

40200

Oktyabrın 6-da Moskvada Rusiya və İran XİN rəhbərlərinin görüşü planlaşdırılır. Sizcə hansı məsələlər müzakirə oluna bilər? 

“İran Azərbaycanın 44 günlük savaşdan sonrakı qələbəsini heç cür həzm edə bilmir. Ona görə də müzxtəlif tədbirlərə - hərbi təlimlərdən tutmuş, xarici siyasətdə müəyyən addımlar atmağa daha çox meyillənib” deyən sabiq dövlət müşaviri Qabil Hüseynli Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Tehran səfərini də örnək gətirdi. (Bununla yanaşı, bir neçə gün öncə İranın Ermənistandakı səfiri həmin ölkənin müdafiə naziri Arşak Karapetyanla da görüşüb)

Bizim.Media ilə Rusiya və İran XİN rəhbərlərinin sabahkı görüşünü müzakirə edən politoloqun fikrincə, İran XİN rəhbəri Rusiyanı Azərbaycanın əleyhinə qızışdırmağa cəhd edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov: “Rusiya Gürcüstanla münasibətləri bərpa etməyə hazırdır”


“Lavrovun da istədiyi elə bunlardır” deyən Qabil Hüseynli Rusiya XİN rəhbərinin də İranı qızışdıraraq Azərbaycanın üzərinə yönəltmək cəhdinin mümkünlüyünə toxundu. Lakin...

“Onu da qeyd eləməliyik ki, son vaxtlar, xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Rusiya lideri ilə görüşündən sonra Rusiya-Azərbaycan, Türkiyə-Rusiya münasibətləri kifayət qədər yüksək səviyyəyə qalxıb. Artıq bölgədəki problemləri həll etmək üçün Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan dördlüyündən ibarət qrupun yaradılması da gündəmə gəlib. İranın araqarışdıran, barmaqdan sovrulub çıxan yalanları fonunda Tehran kimlərisə qızışdırıb Azərbaycanın üzərinə sala bilsin”.

Eks dövlət müşavirinin sözlərinə görə, İranın bir neçə məqsədi var:

1. Azərbaycanın mövqelərini zəiflətmək

2. Qarşıdakı danışıqlar prosesində İranın əlini gücləndirmək

3. Sülh sazişinin bilavasitə Ermənistanın istədiyi formada təsbit edilməsinə nail olmaq

“İran açıq kartlarla oynamağa başlayıb. Farslar nə dini amilləri, nə də məzhəb məsələlərini nəzərə almadan Cənubi Qafqazın lider dövlətinə çevrilən, regiondakı proseslərə diktəedici vəziyyətdə hökm edən Azərbaycanın Rusiya ilə münasibətlərini korlamağa çalışacaq:

⦁  Bakının yüksək səviyyəli görüşlərini əngəlləməyə çalışacaq.

⦁  Bir sözlə, İran əlindən gələn pislikləri etməyə çalışır. Molla rejimi də bütün potensialını buna yönəldir”.

Politoloq həm də xatırlatdı ki, İran terrorizmi dəstəkləyən bir ölkə kimi ad çıxarıb və Azərbaycan Tehranın təxribatçı davranışları ilə bağlı BMT TŞ-na müraciət edə bilər. Digər sualımız isə vasitəçiliklər bağlı oldu:

Bildiyiniz kimi, Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək istəyir. Buna gətirilən əsaslar arasında Gürcüstanın region ölkəsi olmasını, həm Ermənistan, həm də Azərbaycanla sərhədlərinin mövcudluğunu, Gürcüstanda erməni və azərbaycanlıların kompakt yaşadığı bölgələrin olmasını göstərmək olar. Həm də Tbilisi İrəvan və Bakı ilə yaxşı əlaqələrə malikdir. İran da vasitəçilik eşqinə, iddiasına qalxa bilıərmi? Çünki orada 30 milyon azərbaycanlı, minlərlə erməni yaşayır, hər iki dövlətlə sərhədləri var. Sadəcə, xarici siyasətində ermənipərəstlik daha çoxdur.

“İran bu məsələdə vasitəçilik səylərini həyata keçirə bilməz. Son 30 ildə Tehran açıq formada erməniləri müdafiə edən, işğalçıların ayaq üstdə qalmasını təmin edən dövlət kimi çıxış edib. Azərbaycanın əlində kifayət qədər faktlar var. Müasir şəraitdə Azərbaycan xalqının yenidən dirçəlməyə bir siyasi güc amilinə çevrildiyi bir vaxtda İranla sülhyaratma prosesində diplomatik əlaqələrə imkan vermək olmaz. İrandansa, Gürcüstan milyon dəfə yaxşıdır. Həmçinin ortada ATƏT-in Minsk Qrupu var və proseslərə o da qoşulub”.

Qabil Hüseynli fikrini belə tamamladı ki, İranın bölgədə edə biləcəyi heç nə yoxdur. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO