Oktyabrın 4-də Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, Baş Plan layihəsinə əsasən şəhərin cənub hissəsində yerləşəcək yeni xəstəxananın ümumi ərazisi 2,6 hektardır.
150 çarpayılıq xəstəxana binasında yoluxucu xəstəliklər korpusu və bir sıra texniki təyinatlı binalar olacaq. Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.
Prezident İlham Əliyev Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:59 / 05.10.2021
Prezident Cəbrayılda Mərkəzi Xəstəxananın təməlqoyma mərasimində iştirak etdi - FOTO
Hazırda oxunan: Prezident Cəbrayılda Mərkəzi Xəstəxananın təməlqoyma mərasimində iştirak etdi - FOTO
Hazırda oxunan: Prezident Cəbrayılda Mərkəzi Xəstəxananın təməlqoyma mərasimində iştirak etdi - FOTO
0:00
0:00
40184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.