“Cəbrayıl şəhərindən, demək olar ki, əsər-əlamət qalmayıb” - Prezident 

“Cəbrayıl şəhərindən, demək olar ki, əsər-əlamət qalmayıb” - Prezident 

Hazırda oxunan: “Cəbrayıl şəhərindən, demək olar ki, əsər-əlamət qalmayıb” - Prezident 

40083

"Bu gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olacaq, fəal işlər başlayıb. Bu gün bir ilə görülmüş işlərə qiymət verərkən dövlətimizin, xalqımızın nə qədər böyük potensialı olduğunu görürük". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirib. 

Dövlət başçısı deyib:

“Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu”. 

Prezident qeyd edib ki, bu gün bütün dünya bunu görür və bunu görmək istəməyənlər də görməlidirlər.

“Çünki Cəbrayıl şəhərindən demək olar ki, əsər-əlamət qalmayıb. Cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər. Bundan başqa bütün binaları, bütün tarixi abidələri yerlə-yeksan etdilər”, - deyə Azərbaycan Prezidenti bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO