Azərbaycan Prezidenti Qarabağa son səfərində bir çox mətləblərə aydınlıq gətirməklə bərabər hazırda Ermənistanda revanşist meyilli qüvvələrə də öz kəskin fikirlərini bildirib və onlara dəmir yumruğun yerində olduğunu xatırladıb.
Bizim.Media xəbər verir ki, bu gün İrəvanda jurnalistlər üçün mətbuat konfransı keçirən Ermənistanın eks-prezidenti Robert Köçəryan da mövcud reallıqlara uyğun olaraq təcili bəzi açıqlamalar verib.
MÖVZU İLƏ BAĞLI:
Fərhad Məmmədov: “Ermənistanda siyasi gərginlik silahlı gərginliyə çevrilə bilər”
O, öz açıqlamalarında əvvəlki radikal fikirlərindən daşınaraq diqqəti Paşinyana qarşı küçə etirazlarına yönəltmək istəyib. Azərbaycan və Türkiyə haqda isə daha konstruktiv olmağa cəhd edib.
Jurnalistlərin Azərbaycan Prezidentinin son günlər onun tərəfdaşlarına və Ermənistan hökumətinə qarşı sərt çıxışlarını misal gətirərək Robertdən münasibət bildirməyini istəyiblər.
Köçəryan isə dərhal bunları söyləyib:
“Mən heç vaxt Heydər Əliyevə qarşı hörmətsizlik etməmişəm. Bütün fəaliyyətim boyu çıxışlarıma baxın, belə ifadələr tapa bilməyəcəksiniz“. - deyə fikrini tamamlayıb.
Bizim.Media