Azərbaycanda ilk dəfə mistik, qorxulu və dedektiv dram janrında film çəkilir.
“İblisin oyunu” filmi Qafqazda indiyə kimi çəkilmiş ən qorxulu, tükləri ürpədəcək və yaddaqalan film olacaq. “İblisin oyunu” filminin ideyası filmin rəhbəri Fərid Həsənzadəyə məxsusdur. Filmin ssenari müəllifi Kənan İbrahimov, operatorları Nicat Zeynallı və Vasif İbrahimov, rejissorun adı hələ ki, sirr olaraq saxlanılır. Filmin rəssamı “Muxtarnamə” filmindən tanıdığımız Reza Fallahian olduğu bildirilir. Aldığımız məlumatlara görə filmdə məhşur və isdedadlı aktyor kollektivi rol alıb. Filmdə baş rolda Fərid Həsənzadə olmaqla, əsas rollarda Əjdər Zeynalov , Cavid Aydınov, Xətai Mehbalıyev çıxış edəcək. Aktrisalardan Gülşən Hüseynli , Cəmilə Tağızadə , Zarina Qurbanova , Nəzrin Əsgərzadə, Rəfiqə Əziz, Gülər Kərimli ve adı hələ ki, açıqlanmayan çox məhşur aktyor və aktrisalar olacaq. Filmin adının nə üçün məhz “İblisin oyunu” adlandırıldığı hər kəsə maraqlıdır.
Bu haqda filmin rəhbəri F.Həsənzadə danışıb: “Filmin ideyasını yazanda ad düşünməmişdim, amma ideyada hadisələr elə cərəyan elədi ki, başqa ad düşünmək mümkün deyildi. Sanki ad öncədən seçilmişdi, ideya və ssenari həmin adın – İblisin oyunu üzərindən yazılmışdı. Film Azərbaycan tamaşaçısına illər boyu dünya kinosunda gördüyü hər şeyi bir dəfəyə verəcək.” Filmdə erotik səhnələr və ölüm hadisələri var. Bu filmdə izləyicinin sevdiyi film düyünləri var. “İblisin oyunu” filmi Azərbaycan tamaşaçısına əsl həyəcanlı , qorxulu və maraqlı, məntiqli film verir. Film sujet xəttinə görə nəinki Azərbaycanda, hətta dünya miqyasında belə silinməz iz qoyacaq.
Filmə baxdıqdan sonra onun təsirindən bir müddət ayrılmaq olmayacaq!
Filmin çəkiliş komandası bildirir ki, adı çəkilən filmə maliyyə dəstəyi etmək arzusunda olan hər kəs üçün qapıları açıqdır. /file/articles//file/articles/e-news.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
RADİO