Azərbaycanda 153 ölkə ilə işləyən partiyanın ADI bəlli oldu - DETALLAR

Azərbaycanda 153 ölkə ilə işləyən partiyanın ADI bəlli oldu - DETALLAR

Hazırda oxunan: Azərbaycanda 153 ölkə ilə işləyən partiyanın ADI bəlli oldu - DETALLAR

39707

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların beynəlxalq əlaqələri mövcuddurmu və azərbaycanlı siyasətçilər əsasən hansı xarici partiyalarla əməkdaşlıq edir? 

Bizim.Media ölkəmizdə mövcud olan firqələrlə artıq ikinci dəfədir ki, bu sual ətrafında müzakirə aparır.
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


İkinci yazımızda sorğumuza Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Kommunist Partiyasından cavab almışıq. 

Sualımıza Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyevin cavabı çox qısa olub:

“Heç biri ilə..”

Gələcəkdə bu tip əməkdaşlıq barədə düşünürsünüz?

“İnşallah”.

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, hazırda partiyanın beynəlxalq təşkilat və xaricdə fəaliyyət göstərən partiyalarla müntəzəm, stabil əməkdaşlığı yoxdur:

“Yalnız Qarabağ məsələsi və Azərbaycanda baş verən hadisələrlə bağlı ayrı-ayrı müraciətlər olur. Amma müntəzəm təşkilatlanmış əlaqələrimiz yoxdur”.

Gələcəkdə belə əlaqələrin qurulması nəzərdə tutulubmu?

“Son dövrdə, xüsusən II Qarabağ müharibəsinin gedişində belə bir aktuallıq göründü. Azərbaycanda çox az partiya vaxtı ilə belə bir əlaqələri yaradıb. AMİP, Müsavat Partiyası beynəlxalq təşkilatların üzvüdür. YAP da üzvüdür. Amma sözün doğrusu, digər hər hansısa siyasi partiyaların beynəlxalq üzvlükləri barədə informasiya yoxdur. Biz də çalışacağıq ki, bu istiqamətdə fəaliyyətimizi nizama salaq”.

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirdi ki, partiyasının dünyanın 153 ölkəsində fəaliyyət  göstərən Kommunist, Sol və sosialist partiyaları ilə sıx əlaqələri və işgüzar münasibətləri var:

“AKP Beynəlxalq Sol Qüvvələr (BSQ) təşkilatının və o cümlədən Beynəlxalq Kommunist Partiyalar İttifaqının (KPİ) daimi üzüdür. Azərbaycan KP MK-nın  sədri kimi mən də həmin qurumların İcrayə Komitəsi, Mərkəzi Şurasının üzvüyəm”.

Mövzunu başqa partiyalarla da davam etdirəcəyik. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO