Dinlə bağlı qanunlar SƏRTLƏŞSƏ... – “5-ci kolon bundan daha çox faydalanacaq”

Dinlə bağlı qanunlar SƏRTLƏŞSƏ... – “5-ci kolon bundan daha çox faydalanacaq”

Hazırda oxunan: Dinlə bağlı qanunlar SƏRTLƏŞSƏ... – “5-ci kolon bundan daha çox faydalanacaq”

39665

Milli Məclisin son plenar iclasında millət vəkili Fazil Mustafa din üzərindən ölkədə cəsusluq yayılmasını səbəb gətirərək, dinlə bağlı qanunvericiliyi sərtləşdirməyi təklif edib.

Deputat daha sonra bildirib ki, bu vəziyyətin ölkədə cəhalət, mövhumatçılığın geniş səviyyədə yayılmasına səbəb olur. Bu da dini təhsil üçün xaricə üz tutan tələbələrlə bağlıdır. Onun fikrincə bu məsələlərə daha da güclü nəzarət etmək üçün müvafiq dövlət qurumunun səlahiyyətləri artırılmalıdır.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu fikirlə heç də razı deyil.
 

MÖVZU İLƏ BAĞLI:

“Dinlə bağlı qanunvericiliyi sərtləşdirməliyik” – Deputatdan “böyük təhlükə” XƏBƏRDARLIĞI


“Mən deputatın yalnız problemi səsləndirdiyi hissəsi ilə razıyam. Belə ki, həqiqətən din üzərindən qurulmuş beşinci kolon var, özü də bu, tək cənub qonşumuza aid deyil. Bu kolondan ölkəmizə təzyiq vasitəsi kimi də istifadə olunur, cəsusluq da edilir. Amma mən problemin həllini qanunvericiliyin sərtləşdirilməsində görmürəm.
 

Bu təklif işi bilməməzlikdən qaynaqlanır. Vəziyyətin bu yerə çatması, din üzərindən narazı kütlədən 5-ci kolon yaradılmağa çalışması elə bu cür düşüncənin, dini kontingentlə işləyə bilməməyin nəticəsidir”.


Söhbət əsnasında Elçin Əsgərov onu da bildirib ki, bu cür halların qarşısını almaq üçün qanunvericiliyi sərtləşdirməklə heç nə əldə etmək olmayacaq. Onun fikrincə, məsələ başqa aspektən həll olunmalıdır.

“Azərbaycan atalar sözü var, baş ağrıyanda başı kəsməzlər, müalicə edərlər. Sərtləşdirməklə nəinki heç bir nəticə əldə olunmayacaq, əksinə o xarici qüvvələrin əlinə daha yaxşı imkanlar verəcək. Dini kontingent daha çox xarici ölkələrə tərəf itələnəcək. Onları inandırmaq daha rahat olacaq ki, sənin dövlətin din düşmənidir və sənin dini hisslərini yalnız filan xarici ölkə, və ya filan radikal qrup başa düşə və qoruya bilər. Ona görə sadəcə dini problemləri 10-cu, 15-ci sıraya atmaq yox, dini kontingentlə daha yaxından işləmək lazımdır. Bu təcrübə olub və müsbət də nəticə verib”.

Dini ekspertlərin fikrincə isə, din haqqında qanunvericilikdə hər bir detal öz əksini tapıb. Ona görə orada hər hansı bir dəyişikliyin edilməsinə heç bir ehtiyac yoxdur.
 

Qeyd olunur ki, burada dini təhsil üçün xaricə üz tutanlar haqqında da lazim olan sərt qanunlar da mövcuddur. Hazırda bu prosesə ciddi nəzarət var. Xaricdə təhsil almaq dövlət qurumları ilə razılaşdırılmalıdır.


Mövcud qaydalara əsasən, tələbə xüsusilə dini təhsillə bağlı xaricə gedirsə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini (DQİDK) və digər aidiyyəti qurumları məlumatlandırmalıdır.

Onlar qeyd edirlər ki, bu gün Azərbaycanda yetəri qədər dini təhsil verən qurumlar var. Gənclər üçün burada hər bir şey xırdalığına qədər nəzərdə tutulub. Yəni bu gün dini təhsil almaq üçün xaricə üz tutmağa ehtiyac yoxdur. Lakin buna baxmayaraq, xarici təhsil ocaqlarını seçənlər xüsusi yoxlamalardan, nəzarətdə keçməlidirlər. Hətta qanunla tənzimlənən qaydalara əsasən, xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması da qadağandır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO