Bir neçə gündür ki, istər Azərbaycan, istərsə də Ermənistan mediasında rus sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgəyə daxil olan keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzinin Azərbaycana təhvil verildiyi barədə informasiyalar tirajlanır. Hətta RBK bununla bağlı xəritə də yayıb.
Bizim.Media xəbər verir ki, bu, erməni jurnalistləri tərəfindən araşdırılıb. Bəlli olub ki, məsələ hələ də müəmmalıdır, ancaq müəyyən məqamlar diqqət çəkib.
Ermənistanın “Qraparak” qəzeti RBK-nın xəritəni yayandan bir gün sonra sildiyini və heç bir təkzib vermədiyini yazır.
Qarabağda yaşayan erməni ekspert Bella Lalayan deyir ki, müharibə başa çatandan sonra Xocalının təhvil verilməsi haqqında tez-tez danışırlar.
Separatçı-terrorçu rejimin qondarma “parlamentinin xarici əlaqələr komitəsinin üzvü”, daşnak Vahram Balayan bu haqda danışmaqdan imtina edib. Baş separatçı Araik Arutyunyanın “sözçüsü” Narine Avanesyan da susmağa üstünlük verib.
Erməni jurnalistlər, nəhayət Arutyunyanın özü ilə təmas qura biliblər. Baş separatçı jurnalistlərə deyib ki, “RBK xəritəni silməmişdən öncə onlardan məsələyə münasibət öyrənibmi?”. “Hələlik bu məlumatı şərh etməyəcəm”. “Niyə şərh vermirsən”, deyə jurnalist soruşub. “Əlimdə rəsmi nəsə olanda şərh edəcəm” – Araik cavab verib.
Jurnalist “İmzanız olmadan həmin bölgələrin Ermənistan hakimiyyəti tərəfindən təhvil verilməsi mümkündürmü” deyə soruşub.
Baş separatçı da “Bunu Ermənistan hakimiyyətindən soruşun” cavabını verib. (Kaim.az)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:10 / 30.09.2021
Ermənilər Xocalını Azərbaycana təhvil verib? - Araik Arutyunyan sualı cavablandırmayıb
Hazırda oxunan: Ermənilər Xocalını Azərbaycana təhvil verib? - Araik Arutyunyan sualı cavablandırmayıb
Hazırda oxunan: Ermənilər Xocalını Azərbaycana təhvil verib? - Araik Arutyunyan sualı cavablandırmayıb
39536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.