Ceyhun Bayramovun Çex həmkarı ilə müzakirə etdiyi “Bəyannamə” nəyə xidmət edir? – FOTO 

Ceyhun Bayramovun Çex həmkarı ilə müzakirə etdiyi “Bəyannamə” nəyə xidmət edir? – FOTO 

Hazırda oxunan: Ceyhun Bayramovun Çex həmkarı ilə müzakirə etdiyi “Bəyannamə” nəyə xidmət edir? – FOTO 

39514

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana işgüzar səfəri çərçivəsində Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.  

Xarici işlər nazirləri arasında təkbətək başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib. 

Çexiya nümayəndə heyətini salamlayan nazir Ceyhun Bayramov ölkəmizin Çex Respublikası ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib və bu xüsusda, “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında önəmli rolunu qeyd edib. 

İkitərəfli səfər mübadilələrinin əlaqələrin inkişafına töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov, Çexiya nazirinin cari səfərinin və bu çərçivədə keçirilmiş görüş və tədbirlərin əhəmiyyətini vurğulayıb. 

Tərəflər, iki ölkə arasında siyasi dialoqun davamlılığı, iqtisadi-ticarət sahələrində mövcud potensiala uyğun olaraq əlaqələrin inkişafının vacibliyi, o cümlədən ölkələrimiz arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyəti, parlament ölçüsü üzrə əlaqələrin genişləndirilməsi, habelə humanitar, turizm sahələrində münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar. 

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO