Qarabağ ermənilərindən “bayraq” təxribatı – VİDEO

Qarabağ ermənilərindən “bayraq” təxribatı – VİDEO

Hazırda oxunan: Qarabağ ermənilərindən “bayraq” təxribatı – VİDEO

39484

Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsində yaşayan ermənilər növbəti təxribata əl atıblar. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan görüntülərdə Kəlbəcər rayonunun Həsənriz kəndində (keçmiş Ağdərə rayonu) bir qrup sakin tərəfindən varlığı 44 günlük müharibədən sonra de-fakto tarixə qovuşan qondarma rejimin bayrağı qaldırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı, İrəvan, Moskva nəyi müzakirə etməyə hazırlaşır? - DETALLAR 


Qeyd edək ki, daha əvvəl də Amaras monastrı yaxınlığında dalğalandırılan eks erməni rejiminin bayrağı sülhməramlılar tərəfindən endirilmişdi.

İndiki vəziyyətdə isə, ermənilərin birdən-birə bu cür addım atması açıq təxribatdan xəbər verir.

Qarabağın erməni əhalisinin keçmiş günləri xatirindən çıxarmayaraq, birbaşa olaraq revanşizmi simvolizə edən bu cür xoşagəlməz addımı atması cavab tədbirlərinin görülməsini labüd edir. Cavab tədbiri isə, ilk olaraq təbii ki, Rusiya sülhməramlıları tərəfindən görülməli idi. 

Lakin rus hərbçilərin nəzarətində olan bölgədə videoda da göründüyü kimi xeyli sayda şəxsin bir araya gələrək təxribata yol verə bildiyini nəzərə alsaq, sülhməramlıların 10 metrlik bayrağı görməməzlikdən gəldiyini ehtimal etmək olar.

Son günlərdə elə qeyd olunan ərazilərdə (keçmiş Ağdərə rayonu) Rusiya hərbi kontingenti tərəfindən erməni postlarının dağıdıldığı ilə bağlı mətbuatda xəbərlər dolaşmaqdadır.
 

Digər önəmli məqam isə, məhz Ağdərə, Xocalı və Xocavəndin tezliklə Azərbaycanın yuridiksiyasına veriləcəyinin qeyd olunduğu xəritənin Rusiyanın nüfuzlu xəbər agentliyi olan “RBK” tərəfindən paylaşılmasıdır. Qeyd edək ki, bu xəritəyə münasibət bildirən əksər ekspertlər də, sözügedən hadisənin baş verməsi ehtimallarını yüksək qiymətləndirmişdilər.


Ümumilikdə isə, hər iki ehtimalı nəzərə alaraq söyləyə bilərik ki, baş verən təxribatlara qarşı cavab tədbiri görmək Azərbaycanın təbii hüququdur.

Ona görə ki, hadisə beynəlxalq hüquq normaları ilə təsiqlənmiş Azərbaycan ərazisində baş verib və bu təxribat birbaşa olaraq separatizm meyllərinin baş qaldırdığının göstəricisidir. Və təbii ki, Azərbaycan tərəfi öz ərazilərində olan separatçı ünsürləri təmizləmək üçün anti-terror əməliyyatlarını keçirmək hüququna malikdir. 

Murad Əhmədov, Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO