Milli Məclisin sədri Nursultan Nazarbayevlə görüşdü - FOTO

Milli Məclisin sədri Nursultan Nazarbayevlə görüşdü - FOTO

Hazırda oxunan: Milli Məclisin sədri Nursultan Nazarbayevlə görüşdü - FOTO

39383

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində sentyabrın 29-da paytaxt Nursultan şəhərində Qazaxıstan Respublikasının birinci Prezidenti Elbası - Nursultan Nazarbayev ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Milli Məclisin nümayəndə heyətini mehribanlıqla salamlayan Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Azərbaycanda gedən prosesləri diqqətlə izlədiyini bildirib.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin bütün bölgə üçün, türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bir daha təbriklərini çatdırıb.  

Görüş zamanı Spiker Azərbaycan və qazax xalqlarının müstəqillik dövründə çətin mərhələlərdən keçdiyini deyib. O bildirib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. 

Azərbaycan parlamentinin rəhbəri əlaqələrimizin genişlənməsində parlamentlərarası əməkdaşlığın mühüm rolundan, “Azərbaycan Respublikasının Milli Məclisi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisi arasında əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətindən danışıb.

Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini, deputatlarımızın beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini bildirib. 

Görüşdə Sahibə Qafarova xalqlarımızın daha sıx münasibətlər qurmasında, Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmlənməsində, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində TÜRKPA və TÜRKSOY-un, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaratdığı imkanları xüsusi qeyd edib. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO