Gürcü nazirin vasitəçilik TƏKLİFİ - Bakı və İrəvan nə reaksiya VERƏCƏK? 

Gürcü nazirin vasitəçilik TƏKLİFİ - Bakı və İrəvan nə reaksiya VERƏCƏK? 

Hazırda oxunan: Gürcü nazirin vasitəçilik TƏKLİFİ - Bakı və İrəvan nə reaksiya VERƏCƏK? 

38986

Xəbər verildiyi kimi Gürcüstan baş naziri İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə “Cənubi Qafqaz” platformasının daimi əsasda fəaliyyət göstərməsini təklif edib.

Siyasi şərhçi Elxan Şahinoğlu gürcü nazirin bu təklifini faydalı hesab edir. 
 

MÖVZU İLƏ BAĞLI:

44 günlük II Qarabağ müharibəsi QÜRUR verən rəqəmlərdə - ARAŞDIRMA


Bizim.Media xəbər verir ki, bu barədə politoloq “Facebook” hesabında məsələni şərh edib.

O, qeyd edib ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşı, Ermənistanın isə dostu sayılır:

“Başqa sözlə, Gürcüstan Azərbaycanla Ermənistan arasında davamlı sülhdə və əməkdaşlıqda maraqlı olmalıdır. Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyindən tam imtina etməsələr də, Gürcüstanı da görüş yeri kimi seçə bilərlər. Gürcüstanın vasitəçiliyini və görüş yeri kimi seçilməsini Rusiyanın xaricində digər oyunçular Türkiyə, ABŞ, Avropa İttifaqı müsbət qiymətləndirərlər. Biz istəyirik ki, Ermənistanla sərhəd müəyyənləşsin, sülh sazişi imzalansın, dəhliz açılsın. Bütün bu mövzuları Qaribaşvilini təklif etdiyi daimi əsasda Tbilisidə diplomatlar səviyyəsində müzakirələrinə başlamaq olar”. 

Politoloq xatırladıb ki, hazırda Qaribaşvili təklifinə həm Bakıdan, həm də İrəvandan reaksiya gözləyir:

“Rəsmi Tbilisi Bakı və Yerevan arasında yüksək səviyyədə danışıqlar üçün platforma yaratmağı planlaşdırır. Qaribaşvili vurğulayıb ki, Gürcüstan iyunda saxlanılmış 15 erməni əsgərin azad edilməsinə, həmçinin Qarabağda minalanmış sahələrin xəritələrinin Azərbaycana təhvil verilməsinə yardım edib”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO