Azərbaycan, Rusiya və Ermənistanın Baş nazir müavinləri gələn ay görüşəcək

Azərbaycan, Rusiya və Ermənistanın Baş nazir müavinləri gələn ay görüşəcək

Hazırda oxunan: Azərbaycan, Rusiya və Ermənistanın Baş nazir müavinləri gələn ay görüşəcək

38976

“Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Bu qrup da ilk növbədə Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər görürdü.

Ancaq iyunun əvvəlindən Ermənistan seçkilərlə əlaqədar olaraq bu qrupdakı öz iştirakını bitmiş hesab etdi. İyun ayında orada seçkilər keçirildi və avqustun ortalarında bu qrup yenidən bir araya gəldi. Yəqin ki, gələn ay yenə də görüşəcəklər. Hesab edirəm ki, bu qrup önəmli formatdır. Çünki hələ bir nəticə olmasa da, bir təmas var. Təmas indiki şəraitdə lazımlı bir vasitədir və bu təmaslar əsnasında bir çox məsələlər həll edilə bilər”, deyə Prezident qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO