Çavuşoğlu: “Türkiyə addımlarını Azərbaycanla birgə atacaq” – Ermənistana MESAJ

Çavuşoğlu: “Türkiyə addımlarını Azərbaycanla birgə atacaq” – Ermənistana MESAJ

Hazırda oxunan: Çavuşoğlu: “Türkiyə addımlarını Azərbaycanla birgə atacaq” – Ermənistana MESAJ

38961

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni diplomatiyasının rəhbəri Ararat Mirzoyanla görüşmək fikrində olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Anadolu" agentliyi yayıb.

Mənbə yazır ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla İstanbulda keçirdiyi birgə mətbuat konfransında danışan Çavuşoğlu Türkiyə-Ermənistan münasibətləri mövzusuna toxunub.

Çavuşoğlu xatırladıb ki, Ermənistandakı seçkilərdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Ankara haqqında bəzi müsbət mesajlar verib.

“44 günlük Vətən Müharibəsinin bitməsi fonunda ümid edirik ki, nəhayət bölgədə sülh və sabitlik hökm sürəcək. Azərbaycan Ermənistanla genişmiqyaslı sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etdi. İrəvan hələ də müsbət cavab verməyib. Türkiyə addımlarını Azərbaycanla əlaqələndirməyə, birgə qərarlar verməyə davam edəcək ”, - deyə Çavuşoğlu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO