''Ermənilər saxta statusla Kanadaya qaçırlar'' - Əli Hacızadə

''Ermənilər saxta statusla Kanadaya qaçırlar'' - Əli Hacızadə

Hazırda oxunan: ''Ermənilər saxta statusla Kanadaya qaçırlar'' - Əli Hacızadə

3890

Ermənistanda hazırda Kəlbəcər və Hadrut “qaçqın”ı adı altında saxta statuslar düzəldirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə politoloq Əli Hacızadə sosial şəbəkə hesabında maraqlı post paylaşaraq məlumat verib. Belə ki, ermənilərin bu dəfə də Kəlbəcər və Hadrutun işğal olunduğunu iddia edərək qaçqın statusu almaq üçün saxta sənədlər hazırlayırlar.
Əli Hacızadə yazır:

“Qarabağdakı separatçılar yeni bir biznes fəaliyyətinə başlayıblar. İndi həm yerli, həm də Qarabağ erməniləri üçün yeni sənədlər çap edilir. Sənədlərə görə onlar "Karvaçar", Hadrut və ya ətraf kəndlərin sakinləri olurlar. Bundan sonra bu sənədlərlə “qaçqın” statusu qazanırlar. 

Ə.Hacızadə qeyd edir ki, sonra ermənilər bu sənədlə Qərb ölkələrinə üz tuturlar:

“Daha sonra onlar bu sənədlə Avropa və Kanadaya köç etmək üçün müraciət edirlər. Bu “xoşbəxtlik” adambaşına 500 - 1000 dollara başa gəlir. Hətta buna görə müştərilərin Ermənistandan gəlməsinə belə ehtiyac qalmır, belə ki, onlar ilk olaraq vasitəçilərə məlumat verir, əvvəlcədən ödəmə edir və bütün ailə üzvləri üçün sənədlər hazır olur”, - deyə o, qeyd edib.

Vüsalə Balayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO