“Müharibənin başlaması beynəlxalq təşkilatların iflası demək idi” - Məlahət İbrahimqızıdan ŞƏRH

“Müharibənin başlaması beynəlxalq təşkilatların iflası demək idi” - Məlahət İbrahimqızıdan ŞƏRH

Hazırda oxunan: “Müharibənin başlaması beynəlxalq təşkilatların iflası demək idi” - Məlahət İbrahimqızıdan ŞƏRH

38874

"Düz bir il öncə Müzəffər Ali Baş Kamandanımız möhtərəm cənab İlham Əliyev haqq və ədalət naminə otuz ilə yaxın erməni təcavüzü nəticəsində işğal altında olan torpaqlarımızı mənfur düşmən işğalından azad etmək üçün Azərbaycanın şanlı Milli Ordusuna “İrəli”əmri verdi. Bununla da bütün Azərbaycan xalqını səfərbər edən Vətən müharibəsi başlamış oldu. XXI əsrin ən modern savaşı Vətən müharibəsində Müzəffər Milli Ordumuz 44 gün ərzində erməni faşizmini və onun təcavüzkar ordusunu darmadağın edərək məhv etdi".

Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Məlahət İbrahimqızı onu da bildirdi ki, Azərbaycan ordusu şəhidlərin qanı ilə xalqın çoxəsrlik tarixinə Zəfər salnaməsi yazdı:
 

MÖVZU İLƏ BAĞLI:

“Ən güclü erməni lobbisini İranda axtarmaq lazımdır” - Məlahət İbrahimqızı


"Sözsüz ki, dövlətimiz, onun Ali rəhbəri münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasının tərəfdarı idi.

Lakin otuz ilə yaxın müddətdə işğalçı Ermənistanın ildən-ilə azğınlaşan iddiası, beynəlxalq təşkilatların riyakarlığı və susqunluğu artıq dözülməz bir vəziyyət yaratmışdır.

Xüsusilə də erməni işğalını özündə təsdiq edən, işğalçının qeyd-şərtsiz Qarabağdan çıxmasını tələb edən BMT-nin dörd qətnaməsinin həyata keçirilməməsinə bu təşkilatın biganəliyi, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi də bir tərəfdən Azərbaycanda ciddi narahatlıq və inamsızlıq yaradırdısa, digər tərəfdən təcavüzkar Ermənistanı işğal altında olan torpaqlarda daha da möhkəmlərndirməklə Azərbaycana qarşı yeni planların hazırlanmasına şərait yaradırdı.
 

Beynəlxalq təşkilatların ikiüzlülüyünü bütün mötəbər kürsülərdə tənqid edən möhtərəm Prezidentimiz isə bu vəziyyəti heç cürə qəbul etmirdi.


Təcavüzkar Ermənistanın son iki ildəki davamlı və çox istiqamətli hərbi əməliyyatlarının, eləcə də Paşinyan iqtidarının siyasi təxribatına cavab verilməsinin vaxtı tam yetişmişdi.

Bir tərəfdən dünyanın müxtəlif bölgələrindən gətirilən ermənilərin Qarabağda məskunlaşdırılması artıq qırmızı xətti tam keçmək idi. Keçən ilki iyul-sentyabr hadisələri isə müharibəni qaçılmaz etdi. Bu müharibənin başlanması həm də beynəlxalq təşkilatların həqiqi mənada iflası demək idi".

Deputat xatırlatdı ki, Prezident İlham Əliyev ATƏT, AŞPA və BMT kimi beynəlxalq təşkilatların ikili standartlarını, bir neçə gün bundan öncə isə BMT-nin ali tədbirində beynəlxalq təşkilatların fəaliyyətsizliyi ilə bağlı  özünün kəskin tənqidi fikirlərini səsləndirdi və hətta çox önəmli təkliflər verdi...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO