“Əli Əliyev qanundan qorxmursan, Allahdan qorx” - Razi Nurullayev

“Əli Əliyev qanundan qorxmursan, Allahdan qorx” - Razi Nurullayev

Hazırda oxunan: “Əli Əliyev qanundan qorxmursan, Allahdan qorx” - Razi Nurullayev

38452

Azərbaycan Republikasının Baş Prokurorluğu tərəfindən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə xəbərdarlıq edilib. Buna səbəb kimi isə, partiya rəhbərinin çıxışları zamanı bir sıra şəxslərin ünvanına təhqir və böhtan xarakterli ismarıclar göndərməsi, habelə dövlətin pandemiyaya qarşı yeritdiyi siyasətin əleyhinə çağırışlar etməsi olub.

Sözügedən məsələ ilə bağlı Bizim.Media-ya açıqlama bildirən Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Əli Əliyevin ünvanına sərt fikirlər səsləndirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Əli Əliyev deputat olmaq istəyir, amma... PEYVƏNDLƏNMƏK YOX 


“Ümumiyyətlə, Əli Əliyev adının və familiyasının məsuliyyətini dərk etməyən adam təsiri bağışlayır. Bir çox hallarda özünü unudur, həyəcanlanır və emosiya altında xeyli insana qarşı təhqirlər səsləndirir, aşağılayıcı ifadələr işlədir. Açığı, çox təəccüblənirəm ki, dövlətin qəbul etdiyi qərarlara qarşı anti-konstitusion çağırışlar edən şəxsə qarşı prokurorluq sadəcə xəbərdarlıq edir.

Vallah, mən belə şeylər danışsaydım, belə təhqiredici və anti-konstitusion hərəkətlər etsəydim, məni çoxdan içəri atmışdılar. Buna niyə güzəşt edirlər, onu anlamıram. Hər kəs qanun qarşısında bərabər deyilmi?”


MCP sədri Əli Əliyevin anti-vaksinasiya çağırışlarını da tənqid edib:

“Təbii ki, mən onun həbs edilməsini istəmirəm. Amma özünü cığal uşaq kimi apararaq məsuliyyətsiz çağırışları ilə minlərlə insanın həyatını təhlükəyə məruz qoymasını da istəmirəm. Kim olursan ol, təhqirə, aşağılayıcı hərəkətlərə və dövlətin qanunlarına qarşı çağırış etmək olmaz axı. Sən peyvənd olunmaq istəmirsən, özün bilərsən, səni məcbur edən də yoxdur. Amma, qanunsuz çağırış niyə edirsən?”

Razi Nurullayev VİP sədrinin çağırışlarının hansı nəticələr doğura biləcəyini də qeyd edib:
 

“Mən hər gün onlarla insandan məktub, zəng və xahiş eşidirəm ki, yaxınımız virusa yoluxub, filan xəstəxanaya köçürməyə kömək elə, filan dərmanı tapmaqda yardımçı ol, həkimə tapşır ki, yaxşı baxsın, evimiz satıb verərəm, xilas etsinlər.


Görün nə qədər dağ boyda cavanlarımız həyatını itirib, nə qədər ailələr başsız qalıb, nə qədər anaların, bacıların göz yaşı qurumur. Heç olmasa, peyvənd olunan şəxs yoluxsa belə, həyatına risk yaranmır. Bu şəxs, COVİD ucbatından əzizlərini, yaxınlarını itirmiş ailələrin ah-naləsindən, qarğışından qorxmur? Axı, Allah da yuxarıdan hər şeyi görür və göndərdiyi cəza da ağır olur. Qanundan qorxmursunuz, Allahdan qorxun”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO