Kanadadan İlham Əliyevə - Məktub

Kanadadan İlham Əliyevə - Məktub

Hazırda oxunan: Kanadadan İlham Əliyevə - Məktub

38352

Kanadanın General-Qubernatoru Devid Conston Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına bütün kanadalılar adından ən xoş arzularımı çatdırmaq istərdim.

Kanada Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir. Ölkələrimizin və xalqlarımızın beynəlxalq və iqtisadi maraqlarla bağlı məsələlərdə birgə işləmək səyləri məni ruhlandırır. Xüsusilə də ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də neft və qaz, kənd təsərrüfatı, tikinti, telekommunikasiya sahələri üçün çoxlu imkanlar qalmaqdadır. Bu sahələrdəki davamlı əməkdaşlıq ölkələrimiz üçün qarşılıqlı rifahı və inkişafı təmin edəcək.

Xahiş edirəm ən səmimi təbriklərimi və Azərbaycan xalqının rifahı və inkişafı üçün ən xoş arzularımı qəbul edin", - təbrikdə qeyd edilir.

 
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO