İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani son dövrlər İran və Azərbaycan arasında baş verənləri şərh edib. İran mətbuatında dərc olunan yazısında o, bir çox məsələlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, eks səfir Gorus-Qafan yoluna paralel çəkiləcək magistrala da toxunub və həmin xəttin noyabrın sonuna kimi hazır olacağını deyib.
MÖVZU İLƏ BAĞLI:
Erməni məhsulları İran vasitəsi ilə Azərbaycan bazarında - PƏRDƏARXASI MƏQAMLAR
Şərhin ən maraqlı hissəsi isə İranın yük maşınlarının Xankəndinə istiqamətlənməsi barədədir:
“Aydındır ki, Xankəndidə və hazırda ermənilər yaşayan, sülhməramlı nəzarətində olan Azərbaycanın bir neçə şəhərində İran qoşqularının olması müxtəlif hüquqi və siyasi baxımdan məntiqli deyil. Tehran və Bakı arasında ikitərəfli danışıqlar bu gərginliyi sonlandırmağa xidmət etməlidir. Çünki bu vəziyyətin belə davam etməsi hərbi qarşıdurmaya gətirib çıxartmasa da, situasiyanı kritikləşdirə bilər”.
Bizim.Media