Sərdar Cəlaloğlu Fəhmin Hacıyevin ittihamına ittihamla cavab verdi

Sərdar Cəlaloğlu Fəhmin Hacıyevin ittihamına ittihamla cavab verdi

Hazırda oxunan: Sərdar Cəlaloğlu Fəhmin Hacıyevin ittihamına ittihamla cavab verdi

38284

Azərbaycan Daxili Qoşunlarının sabiq komandanı Fəhmin Hacıyev “Yeni Müsavat” qəzetinə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlunun ünvanına bəzi ittihamlar səsləndirib. Sabiq komandan S.Cəlaloğlunu  özünü müxalifətçi adlandırmasına baxmayaraq, Müsavat Partiyasını İlham Əliyevdən daha çox tənqid etməkdə günahlandırıb. 

Bununla bağlı Moderator.az-a açıqlama verən S.Cəlaloğlu F.Hacıyevi qeyri-obyektivlikdə ittiham edib: “F.Hacıyevin səsləndirdiyi iradların heç biri həqiqəti əks etdirmir. Mən heç vaxt Müsavat Partiyası və onun liderini tənqid etməmişəm. Mənim tənqidim bu partiyanın qəbul etdiyi ayrı-ayrı qərarlarla bağlı olub. Hansı ki, mənim bu məsələdə haqlı olduğumu zaman da təsdiqləyib. O ki, qaldı mənim guya İlham Əliyevi tənqid etməməyimə, F.Hacıyev bu məsələdə də yanılır. Görünür, o, ya Azərbaycanda yaşamayıb, ya da burda yaşadığı müddətdə yuxulu olub. Mən uzun illər hakimiyyətin yanlış siyasətinə qarşı mövqeyimi bu gün müxalifətin sərgilədiyi mövqedən daha sərt şəkildə ortaya qoymuşam. Bu gün də hakimiyyətin yanlış addımlarını ADP olaraq tənqid edirik. Yaxşı olar ki, F.Hacıyev hər həftənin bazar ertəsi günü bizim verdiyimiz bəyanatlara baxsın və görsün ki, elə bir bəyanatımız varmı ki, orada hakimiyyətin yanlış qərarları tənqid edilməsin? Lakin əgər hakimiyyətin müsbət addımı varsa, bunu necə, hansı məntiq və vicdanla tənqid edə bilərəm? Və ən əsası müsbət, faydalı bir addımı niyə tənqid etməliyəm ki? Bu müxalifətçilik deyil, düşmənçilik olar. Bu isə xalqa və dövlətin maraqlarına xəyanət etmək deməkdir”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO