Prezident Muxtar Babayevə daha bir vəzifə verdi - SƏRƏNCAM

Prezident Muxtar Babayevə daha bir vəzifə verdi - SƏRƏNCAM

Hazırda oxunan: Prezident Muxtar Babayevə daha bir vəzifə verdi - SƏRƏNCAM

38184

Prezident İlham Əliyev “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 

Cəmiyyətin Müşahidə Şurasına sədrlik Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə həvalə olunub.  

Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Səməd Bəşirli və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Anar Novruzov olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO