Wikipedia-da erməniləri dayandıran olacaqmı? - Bizim.Media-dan ÇAĞIRIŞ

Wikipedia-da erməniləri dayandıran olacaqmı? - Bizim.Media-dan ÇAĞIRIŞ

Hazırda oxunan: Wikipedia-da erməniləri dayandıran olacaqmı? - Bizim.Media-dan ÇAĞIRIŞ

38179

Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatmasına baxmayaraq ermənilərin təxribat xarakterli fəaliyyətləri fərqli formalarda, bu dəfə online platformalar üzərindən davam edir. Ermənilərin “saxta” məlumatlar yaymaqla öz uydurduqları yalanlara dünyanı inandırmaq cəhdləri çoxdan məlumdur.

Lakin bu dəfə düşmən açıq internet resurslarında qeyd olunan məlumatları dəyişdirməklə dünya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı yanlış yönləndirməyə cəhd göstərir.
 

Belə ki, dünyaca məşhur “Wikipedia.org” saytında Qarabağ münaqişəsi ilə bağlı dərc olunan ingilisdilli məqalələrdə ermənilər tərəfindən “saxta” məlumatların dərc olunması faktları müəyyən edilib.


Saxta məlumatlarla yanaşı, hazır məqalələrin məzmununda da ciddi dəyişikliklər edildiyi müşahidə olunur.

Xüsusilə də, 44 günlük müharibə, Şuşa, Xocalı və Qarabağın tarixi ilə bağlı məlumatlarda ermənilərin öz xeyirlərinə bir sıra informasiya saxtakarlıqlarına yol verdiyinə rast gəlmək mümkündür.

Bu istiqamətdə “Bizim.Media” saytının əməkdaşları tərəfindən xüsusi araşdırma başladılıb və “Wikipedia”-dakı erməni təxribatları ilə bağlı konkret faktlar müəyyən olunub:

1. “Khojaly Massacre” - “Wikipedia.org” saytında Xocalı soyqırımı haqqqında dərc olunan məqalənin məzmununda ciddi dəyişikliklər edildiyi müşahidə olunur. Belə ki, məqalədə azərbaycanlılardan əlavə ermənilərin də qətliama məruz qaldığı və hadisəni törədənlərin qanunsuz erməni qruplaşmaları olduğu qeyd olunub. Bundan əlavə, məqalədə 1992-ci ilin əvvəllərində Xocalının erməni və azərbaycanlı qüvvələr tərəfindən qarşılıqlı atəşə tutulduğu və baş verən hadisələrdə yalnız yerli ermənilərin iştirak etdiyi haqqında yalan informasiya da öz əksini tapır.




2. “Ganja ballistic missile attacks” -  İkinci Qarabağ müahribəsinin gedişində Ermənistan tərəfindən Gəncə şəhərinin raket hücumuna məruz qalmasına da “Wikipedia.org” saytında ermənilər gülünc səbəb göstəriblər. Belə ki, Gəncəyə raket hücumları haqqında yazılan məqalədə hadisənin Azərbaycan tərəfinin Xankəndində dinc erməni əhalini bombalamasından sonra törədildiyi qeyd olunub.




3. “Shusha” - “Wikipedia.org”-da Şuşa haqqında qeyd olunan informasiyada da ciddi dəyişikliklər müəyyən edilib. Əvvəlki məqalədə yer alan  və Şuşanın Pənahəli xan tərəfindən salındığı haqqında məlumat mətndən çıxarılaraq, əvəzində “ermənilərin Vərəndə məlikliyinin qalası” olaraq inşa edildiyi qeyd olunub. Bundan əlavə məqalədə şəhərin adının “Şuşi” kimi verildiyinə və Şuşanın erməni şəhəri kimi təqdim olunduğuna da rast gəlmək mümkündür.




4. “Khojaly” - Sözügedən saytda Xocalı haqqında məlumatlarda da bir sıra “saxta” faktlara yer verilib. Müvafiq olaraq, şəhərin adı, ermənilərin istifadə etdiyi qondarma ada uyğun olaraq “İvanyan” formasında yazılıb. Məqalədə Xocalı “Dağlıq Qarabağ Respublikası”nın Əsgəran bölgəsinə məxsus şəhər kimi göstərilməklə yanaşı, azərbaycanlıların Birinci Qarabağ Müharibəsində bölgədən “köçdüyü” qeyd olunub.




Mövzu ilə əlaqəli digər məqalələrdə də oxşar dəyişikliklərin edildiyi və gələcəkdə də bu sahədə “saxta” xəbərlərin tirajlanacağı istinsa edilmir.
 

“Wikipedia”-nın dünya miqyasında açıq informasiya resursu olduğu üçün bu cür dəyişiklərin Azərbaycana qarşı aparılan informasiya təxribatının tərkib hissəsi olduğu aydındır.


Cəbhədə məğlub olan ermənilər bu dəfə də informasiya müharibəsini davam etdirməkdə istəklidirlər.

Bizim.Media olaraq ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə və Azərbaycana qarşı aparılan informasiya təxribatına qarşı ən qısa zamanda lazimi cavabın verilməsi üçün ictimaiyyətə, əlaqəli şəxslərə və qurumlara çağırış edirik.

Xüsusilə Azərbaycanda “Wikipedia”-nın təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən şəxslərin erməni təxribatlarının, yalan və iftira siyasətinin qarşısını almaq məqsədilə adekvat tədbirlər görəcəyini ümid edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO