Prezident İlham Əliyev paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə aparılan əsaslı təmir işləri barədə Prezidentə məlumat verib.
Şagird sıxlığı nəzərə alınaraq, təhsil ocağı üçün 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus inşa olunub.
Qeyd edək ki, Sabunçu rayonundakı 71 saylı orta məktəbin binası 1980-ci ildə inşa edilib. 1176 şagird yerlik binada sinif otaqları ilə yanaşı, fənn laboratoriyaları, akt və idman zalları da müasir səviyyədə şagirdlərin ixtiyarına veriləcək. Sinif otaqları və laboratoriyalar zəruri tədris avadanlığı ilə təchiz olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:07 / 21.09.2021
Prezident 71 saylı məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTO
Hazırda oxunan: Prezident 71 saylı məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTO
Hazırda oxunan: Prezident 71 saylı məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTO
37959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.