Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcıları bu gün İstanbul boğazı üzərinə uçuş həyata keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik “Twitter”də etdiyi paylaşımda vətəndaşları gözlərini göydə saxlamağa çağırıb:
"Bu gün İstanbulda saat 11.00-11.30 radələrində gözlərinizi göydə saxlayın. İstanbulda Aviasiya, Kosmos və Texnologiya Festivalı keçiriləcək. TEKNOFEST-dən əvvəl Hava Qüvvələrimizə məxsus təyyarələr və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 təyyarələri İstanbul boğazında salamlama uçuşu gerçəkləşdirəcək”.
Bizim.Media
Yarın saat 11.00-11.30 arası İstanbul’da gözünüz gökyüzünde olsun.#Teknofest öncesi Hava Kuvvetlerimize ait uçaklar ile Azerbaycan Hava Kuvvetlerine ait MIG-29 uçakları İstanbul Boğazı üzerinde selamlama uçuşu gerçekleştirecek. pic.twitter.com/O6NohhdKIO
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 19, 2021