"Ermənistan Gorus-Qafana paralel yol çəkə bilməz" - Tofiq Həsənovdan ÖZƏL

Hazırda oxunan: "Ermənistan Gorus-Qafana paralel yol çəkə bilməz" - Tofiq Həsənovdan ÖZƏL

37570

Son günlər Ermənistan tərəfi Azərbaycanın Gorus-Qafan yolundakı postundan narahatlıq keçirir. Erməni deputatlar hesab edirlər ki, vəziyyət bu cür davam etsə, Ermənistan iqtisadiyyatı zərbə altında olacaq. Paşinyan hökuməti isə Zəngəzurda (Sünik) Gorus-Qafan yoluna paralel yol inşa etmək fikrinə düşüb.

Bizim.Media Nikolun yeni arzusunun mümkünlüyü ilə bağlı Qərbi Azərbaycan, İrəvan xanlığının xəritəsini tərtib etmiş ziyalı Tofiq Həsənovla əlaqə saxladı.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Gorus-Qafan yolundan keçməyə qorxur? - SƏBƏB


"İrəvan Komitəsi" ictimai birliyinin sədri həmin bölgədə çox ölkənin maraqlarının toqquşduğunu qeyd etdi:

"Amma yox, Ermənistan Gorus-Qafan yoluna alternativ yol tikə bilməz. Sadəcə, sülhməramlılar da Qarabağdadır deyə rusların ağlına nə gələcəyini bilmək olmur. İşin əslinə qalanda, Ermənistanın Zəngəzurda alternativ yol tikməsi mümkün deyil".

Məlumat üçün əlavə edək ki, yeni yol tikintisini çətinləşdirən amillər Zəngəzurun coğrafi quruluşudur:

1. Kiçik Qafqazın Zəngəzur silsiləsi

2. Dərələyəz silsiləsi

3. Salvartı 

4. Qapıcıq

5. Soyuq dağ

Bu dağların çoxu Ordubad və Şahbuz istiqamətlərinə düşdüyü üçün Gorus-Qafan yolunun qərb hissəsindən ermənilərin yeni yol tikintisi qəlizləşir. Yolun şərq hissəsi isə Zəngilan-Qubadlı-Laçın ərazisinə düşür deyə Bakının icazəsi olmadan İrəvan bunu edə bilməz.

Ermənistanın yol tikintisə digər maneə regiondakı çaylardır:

1. Araz çayı

2. Bazarçay

3. Salvartı çayı

4. Xırdaçay

5. Taxtakörpü çayı

6. Dəliçay

7. Oxçuçay

8. Meğri çayı

Bəzi çayların kiçik qolları və sözügedən bölgədəki gölləri də nəzərə alsaq, Ermənistanın indiki tənəzzül vəziyyətində alternativ yol tikintisi real görünmür.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO