“Bu məsələdə İrana güzəşt olmayacaq” - Tehranın cavabı NƏ OLACAQ?

“Bu məsələdə İrana güzəşt olmayacaq” - Tehranın cavabı NƏ OLACAQ?

Hazırda oxunan: “Bu məsələdə İrana güzəşt olmayacaq” - Tehranın cavabı NƏ OLACAQ?

37294

İran TIR-larının Qarabağda tez-tez görünməsi iki ölkə arasında kifayət qədər gərginlik yaradıb. Azərbaycanın Gorus-Qafan yoluna nəzarəti artırdıqdan sonra qonşu ölkənin qeyr-qnuni hərəkətləri faktlarla təsdiqini tapdı.

Sentyabrın 15-də beynəlxalq hüquq normalarına zidd səndləşmələrlə Xankəndinə üz tutan İrana məxsus iki TIR-ın saxlanılması isə bu problemin ciddiliyini bir daha göstərdi və yaranmış gərginliklə bağlı cəmiyyəti narahat edən bir sual meydana çıxdı: Bu cür faktlardan sonra İran tərəfi necə hərəkət edəcək, Azərbaycanın cavabı nə olacaq? 

Müzakirəmizi politoloq İlqar Vəlizadə ilə davam etdiririk. Onun fikrincə, bu barədə artıq bir çox tədbirlər həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə yenidən görüşdü – FOTO 


“Azərbaycan sülhməramlılara xəbərdarlıq edib ki, o yoldan keçən İran tırları Qarabağın Dağlıq hissəsinə buraxılmasın. Bu hallar təkrarlansa, Azərbaycan daha ciddi tədbirlər görəcək. İran tərəfinə bu rəsmi şəkildə bildirilib. Bu gün İran Azərbaycanla ticarət əlaqələrini pozmaq istəməz. Ona görə də hazırkı tədbirlər çox effektivdir”. 

O, sənədlərdə Xankəndinin Ermənistan ərazisi kimi göstərilməsinin İranda olan bir qrup siyasi qüvvələrin marağında olmasını bildirib.

“Bu müəyyən siyasi dairələrin marağında olan bir məsələlərdir. Çox güman ki, İranda müəyyən dairələr bunu iki dövlət arasında narazılıq yaratmaq üçün qəsdən edir. Bu qüvvələr əsasən İranın maraqlarına işləmir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbyacandakı səfiri ilə iki dəfə görüşüb və bütün bu məsələlər qaldırılırb.

İnanıram ki, İran tərəfi baş verən  hadisələrdən düzgün nəticə çıxaracaq. Bütün hallarda hadisələr onu göstərir ki, biz heç nəyə göz yuman deyilik və hər şeyi beynəlxalq hüquq normaları çərçivəsində həll etməyin tərəfdarıyıq. Düşünürəm ki, İran gərginliyi azaltmaq üçün müəyyən addımlar atmalıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO