XİN-dən Pupponinin Xankəndiyə qanunsuz səfərinə MÜNASİBƏT 

XİN-dən Pupponinin Xankəndiyə qanunsuz səfərinə MÜNASİBƏT 

Hazırda oxunan: XİN-dən Pupponinin Xankəndiyə qanunsuz səfərinə MÜNASİBƏT 

37236

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etməsinə münasibət bildirib. 

Bizim.Media xəbərinə görə, XİN rəsmisi bildirib ki, Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir
 

MÖVZU İLƏ BAĞLI:

“Xankəndi Azərbaycanın nəzarətinə keçəcək” ifadəsi Ermənistanı niyə QORXUDUB? - ŞƏRH


"O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır.

Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək. Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir", - L.Abdullayeva vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO