Əli Əliyev deputat olmaq istəyir, amma... PEYVƏNDLƏNMƏK YOX 

Əli Əliyev deputat olmaq istəyir, amma... PEYVƏNDLƏNMƏK YOX 

Hazırda oxunan: Əli Əliyev deputat olmaq istəyir, amma... PEYVƏNDLƏNMƏK YOX 

37221

Son vaxtlar Azərbaycanda aparılan vaksinasiya tədbirləri bəzi kəsimlər tərəfindən birmənalı qarşılanmır. Onların arasında tanınan siyasətçilər də var.

Bizim.Media xəbər verir ki, pevəndlənmə ilə bağlı ilk etirazlardan biri Ümid Partiyasının sədri İqbal Ağazadədən gəlirdi, lakin ardınca onun səhhətində yaşanan problemlər bu mövzunun ilə bağlı jurnalist suallarını cavabsız qoydu.

Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev isə vaksinasiya əleyhinə mövqeyindən geri dönmür. O səbəbdən də ona suala deputat kimi təmsil olunmaq istəyi ilə başladıq:
 

MÖVZU İLƏ BAĞLI:

Müxalifətçilərdən kimlər peyvənd OLUNMAYIB? - SİYAHI


Parlament buraxılsa, deputatlığa namizədliyinizi irəli sürəcəksiniz?

“Bizim partiya bütün seçkilərdə iştirak edir”.

Belə olan halda əgər millət vəkili seçilsəniz və Milli Məclis binasına giriş üçün COVİD pasport tələb olunsa, necə?

“Məndən heç kəs konstitusiya hüququmu pozaraq COVİD pasport tələb eləyə bilməz”.

Qeyd edək ki, vətəndaş hüquqlarının və azadlıqlarının təminatı Azərbaycan Konstitusiyasının 71-ci maddənsiin II bəndində belə yazılıb: 

“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO