Hulusi Akarın mesajı kimlərədir? - Tofiq Zülfüqarovdan ADLAR

Hulusi Akarın mesajı kimlərədir? - Tofiq Zülfüqarovdan ADLAR

Hazırda oxunan: Hulusi Akarın mesajı kimlərədir? - Tofiq Zülfüqarovdan ADLAR

37217

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, “Bakıya təhdid bizə təhdiddir”. Sizcə bu bəyanat hansı ölkələrə mesajdır və pərdəarxası nədən ibarətdir?

“Hesab edirəm ki, mesajın əsas ünvanı Ermənistandır. Çünki İrəvandan səslənən müxtəlif təhdidlər, revanşist şüarlar mövcuddur.

Baxsaq, görəcəyik ki, həm Azərbaycanın rəhbərliyi, həm də Türkiyənin rəhbərliyi uzun müddətdir ki, sülhə yönəlmiş bəyanatlar verirlər.

Məqsəd ondan ibarətdir ki, yəni, regionda sülh bərqərar olsa, bu zaman dövlətlər udacaqlar. İnkişaf üçün daha yaxşı şərait yaranacaq” deyən eks xarici işlər naziri Tofiq Zülfüqarov mesajın digər ünvanlarından da bəhs etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Hulusi Akar: “Ümid edirəm ki, Ermənistan səhv etməyəcək”


Bizim.Media ilə dialoq zamanı politoloq mesajın ünvanlandığı üçüncü dövlətlər arasında Rusiyanın da adını çəkib. Qərb ölkələrini də xatırlatmaq olar.

Mesaj göndərilənlər arasında Ermənistana və separatçılara hər cür yardım göstərən İran da xüsusi yer tutur:

“Bir çox dairələr var və onlar istəyirlər ki, burada münaqişə zonası, konflikt mühiti qalsın ki, özləri bundan istifadə etsinlər. Bir təsir mexanizmi kimi. Bu yolda müxtəlif addımlar atılıb. Bu mesaj o ölkələrədir ki, Türkiyə Azərbaycanın yanındadır. Düşünürəm ki, bu mesaj təsirli olacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO