SON DƏQİQƏ: Gorus-Qafan yolunda iki iranlı tır sürücüsü həbs olundu - FOTOFAKT 

SON DƏQİQƏ: Gorus-Qafan yolunda iki iranlı tır sürücüsü həbs olundu - FOTOFAKT 

Hazırda oxunan: SON DƏQİQƏ: Gorus-Qafan yolunda iki iranlı tır sürücüsü həbs olundu - FOTOFAKT 

37098

İrandan TIR-larla Xankəndiyə neft məhsulları daşıyan iki iranlı sürücü Gorus-Qafan yolunda Azərbaycan polisi tərəfindən həbs edilib. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, hal-hazırda İrana məxsus yük maşınlarında axtarış aparılır. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ


Məlumatda qeyd olunur ki, sürücülərin üzərində  çıxan sənədlərdə daşınan yükün Xankəndiyə aparıldığı qeyd olunub. 

Ona görə də Qarabağa İran şirkətinin qanunsuz şəkildə neft daşıma əməliyyatı Azərbaycan polisi tərəfindən dayandırılıb.
 

Sürücülərin üzərində çıxan sənədlərdə Xankəndi şəhərinin Ermənistan ərazisi kimi qeyd olunması faktı da aşkarlanıb, bu isə şirkət tərəfindən beynəlxalq hüququn pozulmasıdır. 


Həmin sənədi əks etdirən foto faktı diqqətinizə təqdim edirik: 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO