“İran Azərbaycan türkündən qorxur” – ÖZƏL AÇIQLAMA

“İran Azərbaycan türkündən qorxur” – ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “İran Azərbaycan türkündən qorxur” – ÖZƏL AÇIQLAMA

37097

Kölndəki Azərbaycan evində Azərbaycan dilinin tədrisinə başlanılıb. Amma 40 milyon azərbaycanlının yaşadığı İranda Azərbaycan dilinin tədrisi qadağandır. Tehran son vaxtlar tez-tez beynəlxalq hüquqdan danışır. Bu haqda nə düşünürsünüz?

“İran İslam Respublikası adlanan ölkənin 40 milyon Azərbaycan türkü, azərbaycanlıya ana dilinə imkan verməməsinin başlıca səbəbi oradakı türklərin yenidən oyanışı, dirçəlişidir. Yəni, bu dil məsələsi çox önəmlidir. Azərbaycanlılar ana dili hüququnu əldə etdisə, onların qarşısında durmaq daha da çətin olacaq.

Ona görə də İran İslam rejimi fars dilinin üstünlüyünün davam etməsi və Azərbaycan türkcəsi heç bir halda hüquqi müstəviyə keçməməsi üçün bütün yollara əl atır” deyən AMEA-nın əməkdaşı, fəlsəfə doktoru və tarixçi Faiq Ələkbərov İran konstitusiyasından da söz açdı.

Bizim.Media ilə söhbət zamanı ziyalı bildirdi ki, 40 ildən çoxdur ki, İran konstitusiyasının 15-ci maddəsi gerçəkləşmir. Bu isə məhz azərbaycanlılarla bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev İran səfiri ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR? - FOTO


“Həmin 15-ci maddə təkcə Azərbaycan türklərinin deyil, digərlərinin də hüquqlarını təsbit edir. Farsların əsas qorxduğu nə ərəb, nə bəluc, nə kürddür.

Əsas qorxduqları Azərbaycan türküdür. Onlar nə yolla olur-olsun türkün öz ana dilinə hüquqi mənada sahib çıxmasına yol vermək istəmir. Onsuz da azərbaycanlılar öz ana dilindən əl çəkmir və çəkməyəcək də.

Mənə elə gəlir ki, bu mərhələdə elə bir nöqtəyə gəlib çatmışıq ki, İran islam rejiminin heç bir oyunları bunun qarşısını ala bilməyəcək. Azərbaycan türkü öz dilinə sahib çıxacaqdır. Bölgədəki hakimiyyətini də, haqlarını da bərpa edəcəkdir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO