“Məşğulluq haqqında” qanuna DƏYİŞİKLİK EDİLƏCƏK 

“Məşğulluq haqqında” qanuna DƏYİŞİKLİK EDİLƏCƏK 

Hazırda oxunan: “Məşğulluq haqqında” qanuna DƏYİŞİKLİK EDİLƏCƏK 

37079

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. 

Bizim.Media-nın xəbərinə görə, iclasda “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş)  icbari tibbi sığorta ilə bağlı hazırlandığı bildirilib. 

Sənədə əsasən, müəssisə iflas etdiyi zaman məcburi ödənişlərin siyahısına icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər də əlavə olunub. 

İclasda iştirak edən deputatlar Mahir Abbaszadə, İmamverdi İsmayılov, Anar Məmmədov, Ağalar Vəliyev qanun layihəsini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO