Türkiyə MN-dən Bakının azad olunmasının 103 illiyi ilə bağlı PAYLAŞIM - FOTO 

Türkiyə MN-dən Bakının azad olunmasının 103 illiyi ilə bağlı PAYLAŞIM - FOTO 

Hazırda oxunan: Türkiyə MN-dən Bakının azad olunmasının 103 illiyi ilə bağlı PAYLAŞIM - FOTO 

37070

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə paylaşım edib. 

Bizim.Media xəbər verir ki, təbrik paylaşımda şəhidlərimiz də anılıb: 

"Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etdi və azərbaycanlı qardaşlarımızın qəlbində bir taxt qurdu. Bu xüsusi günü ürəkdən qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirik". 

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad ediblər. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO