MDB Parlamentlərarası Assambleya Şurasının iclası keçirilib

MDB Parlamentlərarası Assambleya Şurasının iclası keçirilib

Hazırda oxunan: MDB Parlamentlərarası Assambleya Şurasının iclası keçirilib

3681

Noyabrın 27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, videokonfrans formatında keçirilən tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.

İclasda Milli Məclisin Sədri, MDB PA-da nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova iştirak edib.

İclasda təşkilatı məsələyə baxılıb, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Sədri Valentina Matviyenko yenidən MDB PA Şurasının Sədri seçilib.

Sonra iclasda COVID-19 pandemiyası ilə əlaqədar MDB iştirakçısı olan dövlətlərdə qanunvericilik sahəsində görülmüş tədbirlər, Avrasiya məkanında iqtisadi inteqrasiyanın vəziyyəti, perspektivləri və onun normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrinin dövlət orqanlarına keçiriləcək seçkilərin müşahidəsinə hazırlıq, MDB PA-nın AŞPA ilə əməkdaşlığının istiqamətləri, MDB PA-nın 2021-ci il üçün fəaliyyət planı, bir sıra təşkilati və maliyyə məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO