Sahibə Qafarova Qazaxıstan parlamentinin nümayəndələri ilə görüşdü

Sahibə Qafarova Qazaxıstan parlamentinin nümayəndələri ilə görüşdü

Hazırda oxunan: Sahibə Qafarova Qazaxıstan parlamentinin nümayəndələri ilə görüşdü

36745

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Sahibə Qafarova dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin sədri: “Azərbaycan koronavirusa cavab olaraq…” - FOTO 


Qanunverici orqanlarımız arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir.  

Daha sonra spiker Sahibə Qafarova qonaqlara Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yeni yaranmış şərait haqqında geniş məlumat verib.  

Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan səmimi qəbul və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu söyləyib.  
 

Aygul Kuspan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdıraraq, işğaldan azad olunmuş Şuşa və Füzuliyə səfərləri və orada gördükləri haqqında təəssüratlarını söyləyib. 


Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO