“Sülhməramlıların işi Qarabağdakı dinc sakinlərin təhlükəsizliyini təmin etməkdir. Axı onlara dəyən yoxdur! Onlara atəş açılmır. Sülhməramlılara demək lazımdır ki, öz postlarındakı situasiyaya nəzarət etsinlər, sərhədlərimizi özümüz qoruyarıq.
Bundan sonra yoxlayın, diplomatik qalmaqal və təsadüfi qaçaqmalla rastlaşmayacağıq. Əgər Laçındakı bütün sərhədləri nəzarətə götürsək, İran Xankəndinə heç nə keçirə bilməyəcək”.
MÖVZU İLƏ BAĞLI:
“Sərhəddəki erməni təxribatlarının hədəfi Bakı deyil” – Tofiq Zülfüqarov SİYASİ SİRRİN ÜSTÜN AÇDI
Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında Azərbaycanın eks xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov səsləndirdi.
Politoloqun fikrinin yekunu belədir:
“Sülhməramlıların missiyası məsuliyyət zonalarında təhlükəsizliyə nəzarət etməkdir. Sərhədləri qorumaq isə Azərbaycan sərhədçilərinin işidir”.
Bizim.Media