“Tezliklə YAP-da olan bütün saxta, xəyanətkarlar uzaqlaşdırılacaq” – Partiya rəhbərindən sərt açıqlama

“Tezliklə YAP-da olan bütün saxta, xəyanətkarlar uzaqlaşdırılacaq” – Partiya rəhbərindən sərt açıqlama

Hazırda oxunan: “Tezliklə YAP-da olan bütün saxta, xəyanətkarlar uzaqlaşdırılacaq” – Partiya rəhbərindən sərt açıqlama

36675

Bir neçə gündür intim görüntüləri ilə gündəmi zəbt edən şəxslərin hərəkətləri cəmiyyət arasında lağlağı obyektinə çevrilib. Ancaq belə halların tez-tez yaşanması ciddi nəticələrə gətirib çıxara bilər.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikrincə, bəzi siyasətçilərin bu cür hərəkətləri birbaşa dövlətə xəyanət kimi qiymətləndirilməlidir. O, bu barədə Bizim.Media-ya açıqlamasında deyib.

“Adam baxanda utanır, onların yerinə xəcalət çəkirəm. Bundan başqa onların bu hərəkətləri hakim partiya olan YAP-a qarşı da təxribatdır.

Etdikləri əməllərə görə utanmaqdansa, hələ çıxıb absurd açıqlamalar verirlər.
 

MÖVZU İLƏ BAĞLI:

YAP-da vəzifəsiz qalanlar: Komitə sədri, nazir müavini, millət vəkili, icra başçısı - SİYAHI


“Yeni dövlətə dəstək” ictimai birliyinin sədri Nəbi Qafarov açıqlamasında deyir ki, mənim şirəmə dərman qatmışdılar. Adama deyərlər ki, dərmandan gedib namussuzluq edirlər? Hansı dərmandı o. Adını desin biz də agah olaq ki, belə bir dərman var, özümüzü qoruyaq. Ramiz Göyüşovun da hərəkətləri hamıya bəllidir. Namus budur?”

Söhbət əsnasında Hafiz Hacıyev həmçinin qeyd edib ki, hazırda biz siyasətdə bu cür halları deyil, dövlətçiliyi, barışı və birliyi nümayiş etdirməliyik. Bu cür məssələlər isə dövlət siyasətimiz üçün ləkədir.

“Mən əminəm ki, tezliklə YAP-da olan bütün saxta, xəyanətkarlar uzaqlaşdırılacaq. Biz xalqı barışa səsləməliyik, dövlət haqqlarımızı qorumalıyıq. Bütün siyasətçilər bununla məşğul olmalıdır. Vaxtilə Ramiz Mehdiyevin basdırdığı minalar indi partlamağa başlayır.
 


Bu da bu cür xoşagəlməz halların ortaya çıxmasına səbəb olur. Ona görə bunlara qarşı təcili tədbirlər görülməlidir. Xaçmazdan seçilən Eldəniz Səlimovun etdiyi əməllər də bunların bir misalıdır”.


Sonda siyasətçi fikirlərini bu sözlərlə tamamlayıb:

“Bu gün ölkədə gedən siyasi mübarizə ideolojidir. Bu cür siyasətçilər öz əməlləri ilə dövlətə problem yaradırlar. Bir - iki bu cür şərəfsizlərin hərəkətləri dövlətçiliyimizə xələl gətirir”.

Vüsalə Balayeva, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO