Sentyabrın 12-si saat 12:00-dan etibarən Azərbaycan polisi Gorus-Qafan avtomobil yolunun nəzarətində olan hissəsində (Şahverdilər kəndindən bir qədər aralıda) İrana məxsus yük maşınlarını saxlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzurdakı polis postu erməniləri panikaya saldı: “Türklər gəlir...”
Mənbə bildirir ki, vəziyyəti sabit vəziyyətdə saxlamaq üçün Azərbaycan polisi Ermənistan MTX və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri ilə bir yerdə çalışır.
Bizim.Media