VƏKİL: “Nazirlər Kabinetinin belə sərt qərarlar vermək hüququ yoxdur”

VƏKİL: “Nazirlər Kabinetinin belə sərt qərarlar vermək hüququ yoxdur”

Hazırda oxunan: VƏKİL: “Nazirlər Kabinetinin belə sərt qərarlar vermək hüququ yoxdur”

3654

Nazirlər Kabinetinin və onun tabeliyində olan Operativ Qərargahın  vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmaq kimi səlahiyyəti yoxdur. Azərbaycan Konustitutsiyasına görə vətəndaşların hüquq və azadlıqları fövqaladə rejim olarsa, məhdudlaşdırıla bilər.

Bunu Bizim.Media-ya vəkil Əkrəm Həsənov bildirib:

“Mən vətəndaşların qararları birmənalı qarşılamadıqlarına da haqq verirəm. Çünki, Fövqalada rejimlə bağlı fərmanı Azərbaycan Respublikasının Prezidenti imzalayır. Müvafiq qərarı isə Milli Məclis verir. Əks halda Nazirlər Kabinetinin belə bir hüququ yoxdur. Məhdudiyyətlərin tətbiq etmək forması qanuna uyğun deyil”.

''Əkrəm Həsənov təklif edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah insanların azadlığını tamamilə məhdudlaşdıran qərarlar verməsin''.

Mən razıyam açıq havada maska taxmaq lazımdır. Amma insanların intensiv istifadə etdiyi küçələrdə bu qərar keçərli olmalıdır. Qapalı məkanlarda maskadan istifadə olunması ilə bağlı nəzarət güclənməlidir:

“Bunu hamı bilir ki, idman etmək, velosiped sürmək kimi sağlam vərdişlər insan orqanizmində immuniteti gücləndirir. Vətəndaş ağzıda maska necə idaman etsin? Ona görə də xahiş edirik ki, qərarların forması düzgün seçilsin”.

Vəkil vətəndaşlara çağırış edərək onlarda maskadan düzgün istifadə etməyi də tövsiyyə edir: 
“Gəlin bu dövrdə öz azadlığımız üçün  başqalarının da həyatına riskə atmayaq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO