Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Bizim.Media xəbər verir ki, başsağlığında deyilir:
"Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində, qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminliyimi ifadə edir və uğur arzulayıram.
Allah rəhmət eləsin".
Bizim.Media