Azərbaycana növbəti XƏYANƏT - “5 ildən sonra Qarabağda qalacaqlar?”

Azərbaycana növbəti XƏYANƏT - “5 ildən sonra Qarabağda qalacaqlar?”

Hazırda oxunan: Azərbaycana növbəti XƏYANƏT - “5 ildən sonra Qarabağda qalacaqlar?”

36363

“Rüstəm Muradov haradan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar?  Axı, bu onun səlahiyyətinə aid olmayan məsələdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandiri Rüstəm Muradov deyib ki, sülhməramlı kontingentin Qarabağda yerləşmə müddəti uzadılacaq:

“Əvvəla 10 noyabr razılaşmasına görə tərəflərdən biri, yəni Azərbaycan istəməsə, 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Rus sülhməramlılarından növbəti XƏYANƏT


Biz buna hazırlaşırıq. Bunu Rüstəm Ruradov da bilməmiş deyil. Rusiyalı rəsmilər doğru olaraq sülhəməramlı kontingentin uzadılması barədə heç nə demir, açıqlama vermirlər. Ancaq onlar bu barədə bağlı qapılar arxasında danışırlar.

Rüstəm Muradov da bu barədə məhz komandanlığından eşidib. Eşitdiklərinə əsasən Rusiyanın Qarabağda hələ çox qalacağını bildirib.

Rüstəm Muradovun yerinə təyin olunan Mixail Kosobokovun təyinatından dərhal sonra Bakıya gəlmək əvəzinə İrəvana gedib Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşməsi Kremlin Bakıya xoş olmayan mesajından xəbər verir”. 
 

Politoloq əlavə edib ki, Azərbaycan ərazisində xidmət edəcək komandanın Qarabağdakı fəaliyyətini ilk əvvəl Ermənistanın müdafiə naziri ilə müzakirə etməsi Kremlin Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatıdır:


“Başqa təxribat da odur ki, Azərbaycan hakimiyyəti ilə razılaşdırmadan separatçı Abxaziyada xidmət edən hərbçini Azərbaycana təyin ediblər”, - deyə o, bildirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO