Azərbaycanda 7 yeni siyasi partiya YARANDI

Azərbaycanda 7 yeni siyasi partiya YARANDI

Hazırda oxunan: Azərbaycanda 7 yeni siyasi partiya YARANDI

36301

“22 siyasi partiya üçün ofislər ayrılıb, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb”.

Bizim.Media xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən gün “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirilən görüşdə iqtidar-müxalifət dialoqunun əhəmiyyəti barədə danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


Şöbə müdiri vaxtı ötürülmüş qurultayların keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görüldüyünü və 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınmasını diqqətə çatdırıb.

Həmçinin qeyd olunub ki, iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunur.

Siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO