İlham Əliyev Estoniyanın yeni Prezidentinə məktub göndərdi

İlham Əliyev Estoniyanın yeni Prezidentinə məktub göndərdi

Hazırda oxunan: İlham Əliyev Estoniyanın yeni Prezidentinə məktub göndərdi

36228

Prezident İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Karis,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO