Politoloqlar sonuncu əsir mübadiləsindən DANIŞDILAR:

Politoloqlar sonuncu əsir mübadiləsindən DANIŞDILAR: "Proseslərə təsiri yoxdur"

Hazırda oxunan: Politoloqlar sonuncu əsir mübadiləsindən DANIŞDILAR: "Proseslərə təsiri yoxdur"

36076

Dünən Azərbaycana Ağdərə yaxınlığında əsir düşən Cəmil Babayev 2 erməni hərbçisinin qarşılığında Azərbaycana qaytarılıb.

Sülh müqaviləsinin də gündəmdə olduğu bir vaxtda  bu baş verən hadisə bəlkə də hansısa vəziyyəti stabilləşdirmək istiqamətində atılan bir addım kimi qiymətləndirilə bilər.

Maraqlıdır, baş verən son əsir mübadiləsində Ermənistan Azərbaycanın atdığı bu humanist addım qarşısında adekvat olacaqmı? Və bu məsələ sərhədlərin delimitasiya və sülh müqaviləsinin imzalanmasına öz töhvələrini verə bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Əsirlikdə olan hərbçimiz Azərbaycana qaytarıldı - VİDEO


Mövzu barədə müzakirəmizi politoloq Fərhad Məmmədov ilə davam etdirdik. Siyasi şərhçi Bizim.Media-ya açıqlamasında bildirib ki, əsirlərin mübadiləsi bir addımlıq məsələ idi.

“Çünki, bizim əsirimiz geri qaytarılmalı idi. Həmçinin ermənilərin də 2 hərbçisi Artur Nalbandyan və Aramais Torozyan iyulun 14 -də səhər saatlarında Qaragöl yaxınlığında yollarını azaraq Azərbaycan sərhədlərini pozduqlarına görə ələ keçirilmişdir. Sonda danışıqlardan sonra əsirlərin mübadiləsi baş verdi.  Məncə bu məsələnin böyük proseslərə təsir etmə gücü yoxdur.

Hələ ki, iki dövlət arasında olan məsələlərə ciddi təsir edəcək bir proses baş verməyib”,- deyə Fərhad Məmmədov qeyd edib. 

Politoloq Əli Hacızadə də həmkarı ilə eyni fikirdədir. O da bu əsir mübadiləsini 10 noyabrda imzalanan üçtərəfli birgə bəyannaməyə uyğun həyata keçirildiyini deyib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO