Ermənistan rəhbərlərinin Azərbaycan dili “sevgisi” – İrəvanda yeni dil mərkəzləri nə üçün yaradılıb? 

Ermənistan rəhbərlərinin Azərbaycan dili “sevgisi” – İrəvanda yeni dil mərkəzləri nə üçün yaradılıb? 

Hazırda oxunan: Ermənistan rəhbərlərinin Azərbaycan dili “sevgisi” – İrəvanda yeni dil mərkəzləri nə üçün yaradılıb? 

36023

Sirr deyil ki, Sarksiyan, Koçaryan, Ohanyan və yüzlərlə erməni rəhbərləri Azərbaycan dilini bilirlər. Ermənistan əhalisinin 40-50 faizə qədəri də bizim dilimizdə danışmağı bacarır. Hətta bu ölkədə erməni dilindən sonra Azərbaycan dili ikinci dildir desək, yanılmarıq. Bir “F” səsindən başqa hər şeyi də düzgün tələffüz edirlər.  

Son günlərdə Ermənistan mətbuatında yayılan xəbərlərdə İrəvanda Azərbaycan dili tədris edən mərkəzin yaradıldığı da öz əksini tapıb.

Belə ki, sözügedən mərkəzdə danışıq dərslərinə xüsusi yer veriləcəəyi qeyd olunub. Onlar açıq şəkildə Azərbaycanla mübarizə üçün bu addımın atıldığını elan ediblər.

İrəvanın Azərbaycan dili mərkəzi yaratmaqdakı məqsədləri ilə bağlı Bizim.Media-ya danışan ermənişünas alim Qafar Çaxmaqlı bildirib ki, Ermənistanda Azərbaycan dilinin, xüsusən də Türk dilinin öyrənilməsi, xüsusi tədqiqatların aparılması işi dövlət siyasətidir və ona yeni başlanılmayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı - VİDEO Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı - VİDEO 


“İrəvan Dövlət Universitetində, Ermənistan Elmlər Akademiyasında müvafiq fakültə və şöbələr var. Görünür bunlar kifayət etmədiyindən yeni mərkəzlərin açılmasına qərar veriblər”.

Ermənişünas alim sözügedən mərkəzin yaradılmasında əsas məqsədin Azərbaycan və Türkiyəyə qarşı ideoloji mübarizə olduğunu bildirib:

“Onlar bu müharibədən də dərs çıxarmayıb, Azərbaycana və Türkiyəyə qarşı mübarizə ideologiyasından vaz keçmirlər. Mərkəzdə dilimizi öyrənən ermənilərin ən başlıcası erməni agentura şəbəkələrində yer alacaqlar və casusluq fəaliyyəti ilə məşğul olacaqları şəksizdir. Özü də bunu açıq şəkildə bildirmələri göstərir ki, erməni cəmiyyətini buna hazırlamaq hədəflənir”. 

Qafar Çaxmaqlı Azərbaycanın qeyd olunan istiqamətdə müvafiq tədbirlər görməsinin vacibliyinə də toxunub:

“Buna adekvat addım kimi biz neyləməliyik?

Öncə bu mərkəzin fəaliyyəti izlənməlidir, həmişə dediyim bir fikri yenə təkrar etmək istəyirəm. Ermənistanı və orada gedən prosesləri öyrənməliyik ki, mübarizəmiz effektli olsun.
 

Həm erməni dilini, həm də Ermənistanı və onun diasporunu öyrənən qurumlarımız olmalıdır. Əks təqdirdə edilən təşəbbüslər yetərli olmur”. 


Sonda Qafar Çaxmaqlı ermənilərlə bağlı görüləcək işlərimizin hələ çox olacağını da sözlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO