Bu gün MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, iclasın gündəliyində 18 məsələ olub.
İclasda öncə təşkilati məsələyə baxılıb, Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın yeni sədri seçilib.
Sonra iclasda IV Sankt-Peterburq beynəlxalq əmək forumunun yekunları müzakirə olunub.
MDB üzvü olan dövlətlərdə COVID-19 pandemiyası ilə əlaqədar görülən tədbirlərə xüsusi diqqət yetirilib, həmin tədbirlərin qanunvericiliklə dəstəklənməsi vacib sayılıb.
MDB PA Şurası ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun “COVID-19 ilə mübarizədə parlamentlərin rolu haqqında” birgə bəyanatının layihəsi nəzərdən keçirilib.
Komissiyada MDB ölkələrində uşaqların sağlamlığının və səhiyyə hüquqlarının qorunması, psixiatriya yardımı və onun göstərilməsində vətəndaş hüquqlarının təminatı, tibbi yardıma dair klinik tövsiyələr, uşaqlar üçün qida məhsullarının marketinqi, vətəndaşların sağlamlığının tütün tüstüsünün zərərli təsirlərindən qorunması, orqan donorluğu və s. haqqında model qanunların layihələri barədə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Sonra 2020-2022-ci illər üçün MDB model qanunvericiliyinə dair Perspektiv Planda dəyişikliklər edilməsi məsələsinə, üzv dövlətlər üçün model Miqrasiya Məcəlləsinin layihəsinə baxılıb.
Parlamentarlar məlumat əldə etməyə dair vətəndaşın hüquqi statusu, müəssisə və ya təşkilatların müflisləşməsi (iflas etməsi) halında əməkçilərin tələblərinin qanunvericiliklə müdafiəsi, eləcə də MDB məkanında vətəndaşların pensiya təminatı haqqında Tövsiyə layihələrinə də münasibət bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:40 / 26.11.2020
Nizami Səfərov MDB PA-nın komissiya sədri seçilib
Hazırda oxunan: Nizami Səfərov MDB PA-nın komissiya sədri seçilib
Hazırda oxunan: Nizami Səfərov MDB PA-nın komissiya sədri seçilib
3600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.